AZ

"Hansı şəhid ailəsinə demək olar ki, sənin növbəni pozub evi başqasına veririk?" - Nazir

“Bu gün 15 min şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim edilib. Növbədə təxminən 4600 nəfər qalıb. Onlara da mənzil təqdim olunacaq”. 

Gundem.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bugünkü növbədənkənar plenar iclasında çıxışı zamanı deyib. 

“Lakin kiminsə növbəsini pozaraq qeyri-qanuni olaraq ev təqdim edilməsi mümkünsüzdür. Hansı şəhid ailəsinə demək olar ki, sənin növbəni pozub evi sənə verməyib başqasına veririk. Hər biri bizim üçün dəyərlidir, qanunvericiliyin müəyyən etdiyi qaydada növbəli şəkildə hamısına mənzil verilir. Növbəlilik siyahısı ilə bağlı hər hansı şəxsdə sual yaranmaması üçün e-sosial portalında və nazirliyin müvafiq səhifələrində siyahı yerləşdirilib”, - nazir bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
16
gundem.az

10Mənbələr