AZ

Naxçıvanda nəşi tapılan şəhidimizin MƏZARI – FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi qulluqçusu Ceyhun Hüseynovun nəşi iyunun 12-də Ordubad rayonunun Gənzə kəndində dəfn olunub.

 

Sfera.az xəbər verir ki, mərhumun cənazəsi 1994-cü ildə şəhid olmuş əmisinin - Ceyhun Hüseynovun məzarının yanında torpağa tapşırılıb.
 


Bu gün isə həmin kənddə mərhumun 3 və 7 mərasimləri keçirilir.



Xatırladaq ki, əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. İyunun 11-də isə onun nəşi tapılıb. 



Əslən Ordubaddan olan Ceyhun Hüseynov Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq ADA Universitetinə qəbul olunub. Burada təhsilini başa vurduqdan sonra Təl-Əvivdə magistratura təhsili alıb. (Bizim.Media)


 




















Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
6
sfera.az

7Mənbələr