AZ

Vladimir Putin: Bu, tamamilə cəfəngiyyatdır- ÖZƏL

Vladimir Putin Rusiya Federasiyasının Avropaya hücum etmək istəyi ilə bağlı fərziyyələri tamamilə cəfəngiyyat adlandırıb

"Rusiyanın Avropa İttifaqı və bir sıra Avropa dövlətləri ilə münasibətləri pisləşib. Bu, Moskvanın təqsiri ilə baş verməyib".

Olaylar.az xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin deyib.

Smolensk meydanında Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşü zamanı dövlət başçısı vurğulayıb ki, anti-Rusiya təbliğat kampaniyası Rusiyanın guya Avropaya hücum etmək istəməsi ilə bağlı fərziyyələrlə müşayiət olunur.

"Mən dəfələrlə demişəm ki, bu, tamamilə cəfəngiyyatdır", - prezident deyib.

Əvvəllər Putin qeyd edirdi ki, Rusiya Polşa, Latviya və ya başqa ölkə ilə müharibədə maraqlı deyil, Moskva yalnız son çarə kimi qoşun göndərməyi düşünə bilər. O vurğulayıb ki, "qlobal müharibəyə" qarışmaq sağlam düşüncəyə uyğun gəlmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
135
olaylar.az

1Mənbələr