AZ

Rusiyadan Ermənistana sərt sözlər: “Özünüzü aldatmayın, siçan tələsi….”

“Qərb Ermənistanı Avropa İttifaqına (Aİ) dəvət etmək niyyətində deyil. Özünüzü aldatmayın, bu cür vədlər neokolonial siçan tələsinin yemidir”.

Medianews.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“KTMT və Aİİ çərçivəsində müttəfiqlik münasibətləri ilə möhkəmlənən rus və erməni xalqlarının çoxəsrlik dostluğu uzun müddətdir ki, Vaşinqton və onun müttəfiqləri üçün “tikan” olub. Zaqafqaziya respublikalarını Avro-Atlantik düşərgəyə cəlb etmək üçün böyük qüvvələrdən istifadə edilib”, – Medvedev Rusiya KİV-lərində dərc olunan məqaləsində belə təsvir edib.

Onun sözlərinə görə, İrəvana tam sadiqlik müqabilində Aİ-yə üzvlük də daxil olmaqla, qızıl dağları vəd olunur.

“Heç kim “elit klub”un qapılarını erməni xalqının üzünə açmaq fikrində deyil. Yeni Banderlərdən Aİ-yə daxil ola bildiklərini soruşun. Xeyr! Onlar  bunu tezliklə əldə etməyəcəklər. Və ümumiyyətlə edə biləcəklərmi?”.

Ayşən

 

 

 

 

 

Seçilən
95
1
medianews.az

3Mənbələr