AZ

Bakıda türkiyəli iş adamının meyiti tapıldı - FOTO

Bakıda mənzildən meyit tapılıb.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, cəsədin Türkiyə vətəndaşı 1984-cü il təvəllüdlü Serkan Harun oğlu Sökmenə məxsus olduğu müəyyənləşib.

 

S.Sökmenin meyiti Xətai rayonu Ramiz Quliyev küçəsi 69 ünvanında yaşadığı mənzildə tapılıb.

 

Cəsəd üzərində hər hansı xəsarət müəyyən olunmayıb. İlkin ehtimala görə, Serkan Sökmen ürəktutmadan vəfat edib.

 

Bildirilir ki, ölən şəxs restoran biznesi ilə məşğul olub. Onun atası Harun Sökmen Türkiyənin Kırklareli şəhərində tanınmış iş adamlarından biridir.

 

Bakıda türkiyəli iş adamının meyiti tapıldı (FOTO)

Bakıda türkiyəli iş adamının meyiti tapıldı (FOTO)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
30
sfera.az

10Mənbələr