AZ

Qarabağ Universitetində müəllimlərin maaşı yuxarı olacaq - Emin Əmrullayev

Qarabağ Universitetində müəllimlərin maaşı orta aylıq əməkhaqqı ilə müqayisədə yuxarı olacaq

Valyuta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.

"Bu il universitetin ilk tədris ilidir, yəqin ki, hansısa çatışmazlıqlar olacaq. Amma biz Qarabağ Universitetini bir yerdə quracağıq. Qarabağ Universitetində əsasən tələbələrə güzəştlər nəzərdə tutulur.

Müəllimlərə isə universitet qaydalarına əsasən əməkhaqqı veriləcək və yaşayış yeri ilə təmin edək. Orta aylıq əməkhaqqı ilə müqayisədə yuxarı olacaq. Universitetə hazırlıqlı müəllimlər cəlb ediləcək", - nazir bildirib.

Qeyd edək ki, Qarabağda ali təhsil ənənəsi tarixən mövcud olub. 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuşdu. 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdi. İşğal dövründə isə fəaliyyəti dayandırılmışdı. 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan Xankəndi şəhərinə nəzarətini bərpa etdi. Bundan sonra, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili sərəncamı ilə Qarabağ Universitetinin yaradılması haqqında qərar verilmişdi. Yeni yaradılmış Qarabağ Universitetində dərslərin 2024-cü ilin 15 sentyabr tarixindən başlanması nəzərdə tutulur.

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunub. 15 fevral 2024-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.

20 may 2024-cü il tarixində Şahin Bayramov universitetin rektoru təyin olunub. Onun qərarına əsasən Pedaqoji fakültəyə dekan Kəklik Gözəlova, Sosial elmlər fakültəsinə dekan Elmar Mustafayev, İncəsənət fakültəsinə isə dekan Türkər Qasımzadə təyin olunub.

Universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsində tədrisin keçirilməsi planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
valyuta.az

10Mənbələr