AZ

Şimali Koreya Rusiyaya ballistik raketlər göndərir

Şimali Koreya Rusiyaya 4 milyon 800 min ədədə yaxın artilleriya mərmisi, naməlum sayda ballistik raket, eləcə də digər təyinatlı silah-sursat göndərib.

NOCOMMENT.az xəbər verir ki, məlumatı “Bloomberg” yayıb. Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putinin Pxenyana səfəri zamanı bu sayın artırılmasına dair razılıq əldə olunması gözlənilir.

Bunun müqabilində rəsmi Moskva kiçik ölçülü müşahidə peykləri, habelə tank və bir neçə ədəd qırıcı təyyarə göndərib.

Qeyd edək ki, növbəti həftə Şimali Koreya lideri Kim Çen In 2000-ci ildən sonra ilk dəfə olaraq Moskvaya səfər edəcək.

Seçilən
117
6
nocomment.az

7Mənbələr