AZ

Nazir: Sentyabrda Şuşa, Xankəndi və Xocalıda məktəblər açılacaq

Bu ilin sentyabrında Şuşada, Xocalıda, Xankəndidə, Malıbəyli kəndində, Kərkicahan qəsəbəsində, Cəbrayılda, Kəlbəcərdə məktəblərin açılması planlaşdırılır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri 216 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirində iştirak edərkən deyib.

Onun sözlərinə görə, 20-dən artıq məktəb tikilmə mərhələsindədir:

"Növbəti mərhələlərdə köç planına uyğun onların da açılışı nəzərdə tutulur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
259
6
azerforum.com

7Mənbələr