AZ

Azərbaycanda kənd təsərrüfatı sektoru 3% artıb

Cari ilin yanvar-may aylarında Azərbaycanda 3 milyard 352 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% çoxdur.

Ednews  xəbər verir ki, Ötən il ölkədə istehsal olunan bitkiçilik məhsullarının dəyəri 7,4% artaraq 783 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 1,7% artaraq 2 milyard 569 milyon manata çatıb.

Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı başlayıb. 1 iyun tarixinə 89 min ton taxıl (ötən illə müqayisədə 8,5% çox), 160,2 min ton kartof (-6,9%), 429,4 min ton tərəvəz (+11,5%), 33,6 min ton meyvə və giləmeyvə (+14,2%), 453,5 ton yaşıl çay yarpağı (-8,6%) yığılıb.

5 ay ərzində 230,8 min ton diri çəkidə ət (+1,7%), 915,1 min ton süd (+0,6%), 983,5 milyon ədəd yumurta (+7,1%), 11,4 min ton yun (-2,6%) istehsal edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
9
ednews.net

10Mənbələr