AZ

Ümummilli lider Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edib - Sahibə Qafarova

Bakı. TurkicWorld :

Ümummilli lider Heydər Əliyev Azərbaycanın parçalanmaq, məhv olmaq təhlükəsindən xilas etdi, Azərbaycan dövlətini qorudu, möhkəmləndirdi və davamlı inkişaf yoluna çıxardı.

TurkicWorld-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin qurtuluş missiyası bu gün eyni əzmlə davam edir.

S.Qafarova vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan regional və qlobal miqyasda söz sahibidir.

"Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən Müharibəsi və bir günlük antiterror tədbirləri nəticəsində ölkəmiz özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Sözsüz ki, bundan sonra da Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq", - deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
2
turkic.world

3Mənbələr