AZ

70-dən çox vətəndaşın viza üçün ödədiyi pulları alaraq xaricə qaçdı – VİDEO 

Xarici ölkələrə səyahət, iş vizası adı altında 70-dən çox vətəndaş aldadılıb. 

Bizim.Media xəbər verir ki, şikayətçilər sosial şəbəkədə gördükləri elan əsasında müraciət etdikləri turizm şirkəti tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia ediblər. 

"Xəzər Xəbər"ə üz tutan zərərçəkmişlər deyir ki, şikayətçi olduqları şirkətin qapıları aylardır onların üzünə  açılmır. 
Zərərçəkmişlər bildirib ki, şikayətçi olduqları "Vork Time Travel -2" turizm şirkətinin sonradan adı dəyişdirilərək "NextStation" MMC adlandırılıb. Aldadılan vətəndaşların bəzilərinin pasportları onlara geri qaytarılıb. 

Qeyd edək ki, vətəndaşlardan pul alan şəxsin xaricə qaçdığı iddia edilib. 

Ətraflı süjetdə: 
 


Bizim.Media

Seçilən
133
10
bizim.media

10Mənbələr