AZ

Makron söndürməyə çalışdığı yanğını özü törədib - "La Gazette du Caucase" Fransa prezidentinin uğursuzluğundan yazıb

Bakı. Trend:

Yeni Kaledoniyadakı böhran Fransa prezidenti Emmanuel Makronunözünün fəaliyyətinin nəticəsidir.

Trend xəbərverir ki, bu barədə Parisdə yerləşən La Gazette duCaucase onlayn qəzetinin baş redaktoru, tanınmış fransalıjurnalist Jan-Mişel Bryunun məqaləsində deyilir.

"Yeni Kaledoniya da, Fransa Polineziyası kimi, BMT-nindekolonizasiya olunmalı ölkələr siyahısına daxil edilib. 1998-ciildə imzalanan Numea sazişləri arxipelaqı müstəqilliyə doğrutədricən irəliləyiş yoluna çıxardı. Prezident Emmanuel Makronkeçmiş fransız mühacirlərin törəmələrinin təsiri altında üç dəfəreferendumlar vasitəsilə dekolonizasiya prosesinin qarşısını almağaçalışdı", - məqalədə deyilir.

Müəllif qeyd edir ki, Fransa hökuməti kanak xalqını azlığaçevirməyə və bununla da müstəqilliyə doğru hər cür səylərinqarşısını almağa çağırır.

"Bu qırmızı cizgi idi və onu keçmək olmazdı.

Qabriel Attal hökumətinin referendumun keçirilməsini donduranqanunu səsverməyə qoyulduqdan 15 gün sonra Milli Assambleyatərəfindən qəbul edilib. Bu qərar Sakit Okeanın cənub hissəsindəkiFransa ərazisində kəskin iğtişaşlara səbəb oldu. Bu mayın 13-dənbaşlayaraq 1980-ci illərdəki siyasi böhran vaxtlarından sonrakı ənciddi iğtişaşlar idi.

Vəziyyəti sakitləşdirmək və danışıqlara geri dönmək əvəzinə, başnazir və xarici işlər naziri oraya paytaxt polisi və ordu göndərdi.Onlar hətta keçmiş fransalı mühacirlərin silahlanmış vəözünümüdafiə qrupları təşkil etmiş törəmələrinə dəstəkgöstərdi.

İğtişaşlar nəticəsində doqquz nəfər həlak oldu, yüzlərlə insanyaralandı, dəymiş zərər isə bir milyard avro olaraqdəyərləndirilir. Beləliklə, bir neçə gün ərzində 25 illikdanışıqlar fəaliyyəti heç oldu, nəticədə Yeni Kaledoniya çıxılmaznöqtəyə çevrildi. Emmanuel Makron isə özü törətdiyi yanğınla üz-üzəqaldı", - Jan-Mişel Bryun deyir.

Müəllif vurğulayır ki, bu gün Yeni Kaledoniyanın gələcəyi iləbağlı proqnoz vermək risklidir.

"İyunun 30-a və iyulun 7-nə təyin edilmiş parlamentseçkilərindən sonra nələrin baş verəcəyi hələ ki naməlumdur. MilliAssambleyanın buraxılması nəticəsində yaranan xaos hazırda solçupartiyaları birləşdirən yeni "xalq cəbhəsi"nin yaradılması,sağçıların parçalanması kimi təkrarlanan çevrilişlərə səbəbolur.

Bu səbəbdən Milli Assambleya səslərin mütləq əksəriyyətinialarsa, yenidən müstəqillik uğrunda mübarizə aparanlarıdəstəkləyəcəyi və buraxılmazdan əvvəl başlayan siyasəti davametdirməsi tamamilə mümkündür. Milli Assambleyada nisbi çoxluq vəsolçu qüvvələrin güclənəcəyi təqdirdə ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşəcək və müstəqillik tərəfdarları metropoliynınfikrinə önəm verməməyə qərar verməsələr, Yeni Kaledoniyanın taleyişübhə altında qalacaq", - deyə Jan-Mişel Bryun sonda bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
3
az.trend.az

3Mənbələr