AZ

Sevindirici PROQNOZ: Yerin havası tezliklə sərinləşəcək

Birləşmiş Millətlər Təşkilatının Meteorologiya Agentliyi 2023-cü ildə rekord qıran isti ildən sonra planetdə havanın bir qədər soyuyacağını proqnozlaşdırır. 

Olaylar bildirir ki, bu, "El-Nino" təbiət hadisəsinin "La-Nina" ilə əvəzlənməsi ilə bağlıdır.

İqlimşünaslar bildirirlər ki, "El-Nino"da sona çatma əlamətləri göründüyü üçün istilər yaxın bir neçə ay ərzində azalmalıdır. Bununla belə, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi səbəbindən qlobal temperatur uzun müddət ərzində yüksəlməyə davam edəcək.

Bu ölkədə quş qripinə qarşı vaksinasiya başlayır

Okeanlar iqlim dəyişikliyindən əhəmiyyətli miqdarda istilik saxladıqları üçün "El-Nino"dan "La-Nina"ya dəyişmək daha güclü qasırğalara səbəb ola bilər. ABŞ-da Milli Okean və Atmosfer İdarəsi iyun-noyabr ayları arasında Atlantik okeanında dörd-yeddi böyük qasırğa gözlədiyini bildirib.

Qeyd edilir ki, 2020-ci ildən 2023-cü ilin əvvəlinə qədər davam edən "La-Nina"nın soyuducu effekti nəzərə alınmaqla belə, son doqquz il tarixdə ən isti il olub. Dekabr ayında zirvəyə çatan ən son "El-Nino" rekordların ən güclü beşliyindən biri idi. (lent.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
65
4
olaylar.az

5Mənbələr