AZ

Xətai rayonunda Milli Qurtuluş Günü ilə bağlı silsilə tədbirlər davam edir

Bakı. Trend:

İyunun 13-də Xətai Rayon İcra Hakimiyyətinin, Yeni AzərbaycanPartiyası (YAP) Xətai rayon təşkilatının və “Qeyd-SosialMaarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xətairayonundakı Heydər Əliyev adına parkda “Unudulmaz Lider” adlıfoto-sərgi keçirilib. Sərgidə Ulu Öndərin həyatının müxtəlif illəriilə bağlı məqamların əks olunduğu xalçaların fotosu nümayişolunub.

Əvvəlcə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev,YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP İdarəHeyətinin üzvü Əfsun Sucayev, Milli Məclisin deputatı Vüqarİskəndərov, Elm və Təhsil Nazirliyinin Akademik Yusif Məmmədəliyevadına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik VaqifAbbasov, digər idarə və müəssisələrin rəhbərləri, partiya fəallarıÜmummilli Lider Heydər Əliyevin adını daşıyan parkda abidəsi önünəəklil və qızıl gül dəstələri qoyublar.

Qeyd edək ki, sözügedən sərgi Xətai Rayon İcra Hakimiyyətinin vəYAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun -Milli Qurtuluş Günü ilə bağlı rayon ərazisində keçirilən silsilətədbirlərin tərkib hissəsidir. Tədbir iştirakçıları dahi şəxsiyyətHeydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin müasirmüstəqil Azərbaycanın bugünü və gələcəyi üçün gördüyü titanikişləri, Vətən, torpaq, xalq sevgisini özündə əks etdirənfoto-sərgiyə baxış keçiriblər. Bu kimi tədbirlər AzərbaycanınZəfərlərə qovuşduran Heydər Əliyev siyasətinin ölkəmizəqazandırdığı uğurların təbliğində mühüm rol oynayır.

Müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15iyun tarixi özündə bugünümüz və gələcəyimizlə bağlı mühüm məqamlarıehtiva edir. 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqıntəkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yenibir mərhələnin əsasını qoydu. Bu Qayıdış yeni Azərbaycanınqurulmasını, müstəqilliyin dönməzliyini və sarsılmazlığını təminetdi. Ulu Öndər Heydər Əliyev bu Qayıdışı ilə azərbaycançılıqideologiyasının təbliğinə geniş yol açdı. “Mən fəxr edirəm ki, mənazərbaycanlyam” çağırışı harada yaşamasından asılı olmayaraq bütündünya azərbaycanlılarını bir amal ətrafında sıx birləşdirdi.Ümummilli Liderin hər bir çağırışı Azərbaycanın uğurlu gələcəyinə,xalqımızın birliyinə, həmrəyliyinə yönəldi. Bir daha bəyan edildiki, hər birimiz bu Vətən üçün çalışmalıyıq. Ümummilli Lider HeydərƏliyev hər kəsə Vətənini, xalqını sevməyi öyrətdi.

Dahi şəxsiyyət Heydər Əliyev Qayıdışı ilə Azərbaycanımüstəqilliyimizin bərpasının ilk illərinin xaosundan,anarxiyasından, özbaşınalıqlarından, tənəzzülündən, iqtisadiböhrandan xilas etdi. Onun xilaskarlıq missiyasının uğurla həyatakeçirilməsi bugünkü reallıqlarımıza geniş imkanlar yaratdı.Müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirən Ulu ÖndərHeydər Əliyev onu qorumağı, möhkəmləndirməyi hər kəsin vətəndaşlıqborcu olduğunu bildirdi. Hər zaman böyük qürur hissi ilə qeydedirik ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider HeydərƏliyevin şah əsəridir. Bu əsərin təməl daşının qoyulduğu gün - 15İyun tariximizin ən parlaq səhifələrindən biridir.

Ümummilli Lider Heydər Əliyevin “İstər bir azərbaycanlı,Azərbaycan vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimimənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyimAzərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi,mənəvi inkişafına xidmət olmuşdur” fikirləri Ulu ÖndərinAzərbaycanın dünəni, bugünü və gələcəyi ilə bağlı gördüyü işlərin,müəyyənləşdirdiyi strategiyanın təqdimatıdır. Dahi şəxsiyyət, eynizamanda, bu əminliyi də ifadə etmişdir ki, bu çətin günləri keçibgedəcəyik, hər kəs belə qüdrətli, güclü Azərbaycanın vətəndaşıolması ilə qürur duyacaq.

Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsası olan UluÖndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi bugünküreallıqlarımızda özünün aydın ifadəsini tapır. Heydər Əliyevyolunun uğurları davamlıdır. 2003-cü ildən başlanan Böyük Yolundavamı Azərbaycanı tarixi Zəfərə qovuşdurdu. Ümummilli Liderin ənböyük arzusunun reallığa çevrilməsini təmin etdi. Azərbaycanqalibiyyəti, ərazi bütövlüyünün və suverenliyinin tam bərpaedilməsi, yaratdığı yeni reallıqları ilə dünyanın diqqətindədir.Tarixi Zəfərimiz Azərbaycanın müstəqillik tarixinin qürurvericisəhifələrinin daha da zənginləşməsini şərtləndirdi. Bu gün böyükqürur hissi ilə qeyd edirik ki, Milli Qurtuluş Günü bütün ölkəərazisi üzrə sonsuz sevinc hissi ilə qeyd edilir. Belə ki, ötən ilsentyabrın 20-də suverenliyimizin tam bərpa olunması iləAzərbaycanın Dövlət Bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə,Ağdərədə, Əsgəranda dalğalanır. Ölkəmizin həyatında yeni dövrbaşlayıb. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, yeni dövruğurla başlayıb, uğurla da davam edəcək.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, bugünkü müasirmüstəqil, qalib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişAzərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.Dahi şəxsiyyət Heydər Əliyevin reallıqları özündə əks etdirən,indiki və gələcək nəsillərə Azərbaycanın bugünü və gələcəyi üçünkimə borclu olduğumuzu çatdıran “Nə qədər ki Azərbaycan var, mən dəvaram. Mən isə Azərbaycanda əbədi olacağam!” çağırışı, eynizamanda, xalqımızda yeni zəfərlərlə dolu qalibiyyətli gələcəkbarədə aydın təsəvvür yaradır. Heydər Əliyev siyasətinin layiqlidavamçısı, Prezident İlham Əliyevin və Azərbaycanın Birincivitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımƏliyevanın birgə səyləri nəticəsində qalib, Qarabağlı və ŞərqiZəngəzurlu Azərbaycanımızı daha möhtəşəm uğurlar gözləyir.

Xətai
Xətai
Xətai
Xətai
Xətai
Xətai
Xətai
Xətai
Xətai
Xətai
Xətai
Seçilən
40
7
az.trend.az

10Mənbələr