AZ

Ukraynanın bir neçə vilayətinə zərbələr endirildi

Bu gecə Rusiya ordusu Ukraynanın bir neçə vilayətinə növbəti hava hücumları həyata keçirib.

Sitat.info xəbər verir ki, Kiyev, Vinnitsa, Sum, Poltava, Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətləri bu dəfə əsas hədəf olub. Əsasən infrastruktura zərər dəyib.

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Komandanlığından verilən məlumata görə, 30 hava hədəfindən 29-u zərərsizləşdirilib. Bunlar 1 “Xəncər” aeroballistik raketi, dörd Kh-101/X-555 qanadlı raketi və 24 "Şahid" tipli pilotsuz uçuş aparatlarıdır. Dağıntıların nəticələri ilə bağlı hələ ki, rəsmi məlumat yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
3
sitat.info

4Mənbələr