AZ

Sürücüdə narkotik aşkarlandı

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Mercedes” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, sürücünün üzərindən və avtomobilindən qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir zamanı 1 axtarışda olan, 7 sərxoş halda avtomobil idarən edən və digər yol hərəkəti qaydalarını pozan 113 sürücü barəsində inzibati protokol tərtib edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
4
oxu24.com

10Mənbələr