AZ

Anar Bağırov beynəlxalq tədbirdə Azərbaycanda vəkillik institutunun islahat təcrübəsindən danışıb

Qazaxıstanda "Qanunvericiliyin təkmilləşdirilməsi məsələləri: Vəkillik və hüquqi yardım" mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dəyirmi masada Qazaxıstan parlamentinin deputatları, yerli məhkəmə hakimləri və vəkilləri, o cümlədən bir sıra ölkələrin vəkillər kollegiyalarının sədrləri iştirak edib.

Hibrit formatda təşkil edilən tədbirə Azərbaycan Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov və onun rəhbərlik etdiyi nümayəndə heyəti qoşulub.

Tədbirdə iştirakçıları salamlayan sədr Anar Bağırov "Azərbaycanda vəkillik institutunun islahatı təcrübəsinin unikallığı nədir?" mövzusunda çıxış edib. O, son illərdə ölkəmizdə vəkillik institutunun nüfuzunun artırılması istiqamətində aparılan uğurlu islahatlar, bunun nəticəsində ARVK-nın maliyyə müstəqilliyinin tam təmin edilməsi, nümayəndəlik institutunun məhdudlaşdırılması, vəkillik institutunun gücləndirilməsi barədə danışıb.

Eyni zamanda sədr vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi, Kollegiyanın Hüquqi Yardım Mərkəzinin təcrübəsi, habelə ARVK tərəfindən görülən çoxşaxəli işlər barədə iştirakçıların diqqətinə çatdırıb, o cümlədən vəkillik təsisatının institusional müstəqilliyinin demokratik hüquqi dövlət quruculuğunda çox önəmli olduğunu vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
8
operativmm.az

9Mənbələr