AZ

Nazir: "Bu gün Azərbaycanın 4 mindən artıq məktəbində məzun günü keçirilir"

"Bu gün Azərbaycanın 4 mindən çox məktəbində “Məzun günü” keçirilir".

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Naziri Emin Əmrullayev şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində deyib.

Nazir bildirib ki, bu gün Füzuli, Zəngilan, Talış kəndi və Laçındakı məktəblərdə “Son zəng” tədbirləri keçirilir:

“Sentyabrın 15-i Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayacaq. Biz yeni universitet yaratmırıq, fəaliyyətini bərpa edirik.

"Gənclərin hər il daha çox imkanları olur. Bu il də əvvəlki illərdə olduğu kimi ali təhsil müəssisələrinə qəbul planı artacaq. Eyni zamanda xaricdə, təhsil imkanları artırılır”.

Seçilən
63
1
tehsil.biz

2Mənbələr