AZ

Rövnəq Abdullayevin kadrı kimi tanınan rektor deputat mandatı mübarizəsinə başladı

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov deputat mandatı mübarizəsinə başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumatda bildirilir ki, o, bu il keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.

E.Qasımov namizədliyini irəli sürmək üçün üzvü olduğu hakim Yeni Azərbaycan Partiyasının (YAP) razılığını almaq istəyir. Yəni, o, parlamentə öz təşəbbüsü ilə deyil, YAP-ın xətti ilə seçilmək arzusundadır. Qasımov deputat seçilərsə, rektorluq vəzifəsi ilə vidalaşmalı olacaq.

Məlumat üçün bildirək ki, E.Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq prezidenti Rövnəq Abdullayevin kadrı kimi tanınır.

Məlumdur ki, hətta Azərbaycan Futbol Federasiyaları Assosiasiyasındakı vəzifəsindən də (AFFA) gedən R.Abdullayev hazırda İqtisadiyyat nazirinin müavini vəzifəsindədir. Belə demək mümkündürsə, R.Abdullayevin dövrü bitdiyi üçün onun dəstəyi ilə irəli çəkilən kadrlar artıq başqa yollar aramağa başlayıblar.

E.Qasımovun da mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, YAP İdarə Heyətinin üzvü olan Elmar Qasımov 2012-ci ildən Bakı Ali Neft Məktəbinin rektorudur.

TEMPİNFO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
tempinfo.az

3Mənbələr