AZ

Vətəndaşların 228 min manatını ələ keçirən daha bir kiber dələduz saxlanılıb

İnvestisiya, yatırım adı altında vətəndaşların 228 min manatını və qızıl-zinət əşyalarını ələ keçirən şəxs saxlanılıb.

Azpost.info bildirir ki, bu barədə DİN məlumat yayıb.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların maddi vəsaitini və əmlakını talayan 24 yaşlı Cavid Mustafayev saxlanılıb. O, “Instagram”da “investa_emine_qazanc” adlı səhifə yaradaraq müraciət edən şəxslərə kiçik yatırımlarla daha çox qazanc əldə etmək kimi şirnikləndirici heç bir iqtisadi əsasları olmayan vədlər verib.

C.Mustafayev daha sonra balansda olan məbləğin daha da artırılması və rüsumların ödənilməsi kimi qanunsuz tələblərlə zərərçəkənlərdən əlavə pullar alıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
12
azpost.info

10Mənbələr