AZ

“28 May”da kütləvi DAVA - Bıçaqlanan var

Dünən paytaxtın Nəsimi rayonu ərazisində - Bakı Metropoliteninin “28 May” stansiyasının qarşısında kütləvi dava-dalaş olub. 

Ednews  “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə zamanı naməlum şəxs xuliqanlıq zəminində Bərdə rayon sakini 1978-ci il təvəllüdlü S.Əliyevin kürək nahiyəsinə bıçaqla xəsarət yetirib. 

Polis hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Hadisəni törətmiş Neftçala rayon sakinləri - 2000-ci il təvəllüdlü Şədiyar Zamanov, 2002-ci il təvəllüdlü Valeh Heybətov və İsmayıllı rayon sakini 2003-cü il təvəllüdlü Kənan Abbaslı polis tərəfindən saxlanılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Seçilən
79
13
ednews.net

10Mənbələr