AZ

Fələstində işsizlik yüzdə 75-ə yüksəlib

Ötən ilin oktyabrında İsrailin Fələstin anklavında əməliyyata başlamasından sonra Fələstində işsizlik səviyyəsi Qəzza zolağında 75%-ə, İordan çayının qərb sahilində isə 32%-ə yüksəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Fələstinin İqtisadiyyat naziri Məhəmməd əl-Amur bildirib.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qaldı. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb.

Daha sonra İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin oktyabrın 7-dən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 37 mini keçib, 85 minə yaxın insan isə yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
26
operativmedia.az

10Mənbələr