AZ

Türkiyə boğazlarından keçən gəmilərin bir ton üçün ödəyəcəyi vergi artdı

Bakı, TurkicWorld:

İyulun birindən etibarən beynəlxalq gəmilərin Türkiyə boğazlarından keçməsi ilə bağlı hər ton üçün beş dollar yeddi sent vergi alınacaq.

TurkicWorld xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi iyulun 1-dən etibarən Türkiyə boğazlarından dayanmadan keçən beynəlxalq gəmilərdən alınan ödənişləri yeniləyib.

Əvvəllər xalis ton üçün dörd dollar 42 sent olan keçid vergisi beş dollar yeddi sentə yüksəldilib.

Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, 10 min xalis tonajlı bir gəminin 20 min 370 dollar ödəyəcəyini bildirib.

Montrö Türk Boğazları Konvensiyasının tətbiq edildiyini xatırladan Uraloğlu, “Yeniləmələr hər il iyulun 1-də davam edəcək” deyə əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
4
turkic.world

6Mənbələr