ABŞ prezidenti Co Bayden oğlu Hunterin silah ittihamı ilə təqsirli bilinməsi üçün münsiflər heyətinin qərarına tabe olacağını və əfv səlahiyyətindən istifadə etməyəcəyini bildirib.
Editor.az bildirir ki, Bayden bunu iyunun 13-də İtaliyada Ukrayna prezidenti Vladimir Zelenski ilə G7 sammiti çərçivəsində keçirdiyi birgə mətbuat konfransında deyib. Hanter Baydenin ədalətli mühakimə olunub-olunmaması ilə bağlı suala prezident belə cavab verib: “Mən heç nə etməyəcəyəm.
Mən münsiflər heyətinin qərarına tabe olacağımı dedim və edəcəyəm. Onu əfv etməyəcəyəm”. Eyni zamanda Bayden oğlu ilə çox fəxr etdiyini əlavə edib: “O, asılılığın öhdəsindən gələn, tanıdığım ən parlaq və layiqli insanlardan biridir” – ABŞ Prezidenti deyib.
//Samir Qurbanov, Editor.az