AZ

Mobil oyun məktəblini "dəli" etdi

Rusiyanın Tümen vilayətindən olan bir məktəbli yeni "Hamster Kombat" oyunu ilə maraqlandıqdan sonra psixiatrların köməyinə ehtiyac duyub.

“İki sahil” xəbər verir ki, 14 yaşlı yeniyetmə oyunda maksimum xal toplamaq üçün hər üç saatdan bir həyəcan siqnalını quraşdırıb. Bu isə onun yuxu rejiminin pozulmasına səbəb olub.

Uzun müddət davam edən yuxusuzluq nəticəsində səkkizinci sinif şagirdində hallüsinasiya ilə müşayiət edilən psixotik vəziyyət yaranıb.

O, hazırda xəstəxanadadır, vəziyyəti stabil qiymətləndirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
5
ikisahil.az

10Mənbələr