AZ

Generalın həbsdən çıxan bacısı oğluna vəzifə verildi - FOTO

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasına yeni direktor təyin olunub.

Anons.az xəbər verir ki, bu barədə metbuat.az-a universitetdən məlumat verilib.

Qeyd olunub ki, səhiyyə naziri Teymur Musayevin əmri ilə bu vəzifəyə İmran Ağayev təyinat alıb. Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.

Qeyd edək ki, fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadənin bacısı oğlu İmran Ağayev FHN-nin Modul tipli Hospitalının sabiq baş həkimi işləyib. O koronavirus xəstələrinin FHN hospitalının "VIP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirib. Beləliklə, bu il aprelin 22-də onun cəza müddətinin üçdəiki hissəsi tamam olub və İmran Ağayev azadlığa buraxılıb.

Seçilən
87
5
anons.az

6Mənbələr