AZ

Azərbaycanda ÜDM 4,2 faiz artıb

Cari ilin yanvar-may aylarında ölkədə 48 milyard 26 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər istehsalı 7,3 faiz artıb, neft-qaz sektorunda isə eyni səviyyədə qalıb. ÜDM istehsalının 39,7 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6 faizi tikinti, 3,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 20,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 4713,3 manata bərabər olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
4
yeniazerbaycan.com

5Mənbələr