AZ

İntizam Komitəsinin qərarları

6 iyun 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Zirə” PFK – “Neftçi” PFK oyununda “Neftçi” PFK komandasının heyətində 17 nömrəli futbolçu Raul Abbasov qarşılaşmanın 90+3-cü dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 39.1)
 
8 iyun 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən İCBFA – “European Football Academy” oyununda İCBFA komandasının heyətində 7 nömrəli futbolçu Ersin Əliyev qırmızı aldıqdan sonra hakimlər briqadasını təhqir edilməsinə görə 4 oyun cəzalandırılsın (maddə 43.3)
 
5 iyun 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən Vətən İOEUGFMPHŞ – “Qarabağ” FK oyunu bitdikdən sonra Vətən İOEUGFMPHŞ komandasının 12 nömrəli futbolçusu Yavər Əsgərlinin hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 43.3)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Seçilən
157
affa.az

1Mənbələr