AZ

Naxçıvandakı mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU

İyunun 12-si saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

 

Seçilən
85
49
bakivaxti.az

10Mənbələr