AZ

Ədliyyə sistemində növbəti kadr islahatı: Rəis getdi, yeni rəis gəldi

Ədliyyə Nazirliyi Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub.

Mia.az Unikal.az-a istinadən xəbər verir ki, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin Umbakı penitensiar kompleksinin rəisi, ədliyyə polkovniki Tahir Yusubovu yaş həddi ilə əlaqədar təqaüdə göndərib.

Nazirin digər əmri ilə həmin müəssisədə Əməliyyat-Rejim işləri üzrə müavin vəzifəsində işləyən Rauf Məmmədov Umbakı penitensiar kompleksinə rəis təyin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
12
mia.az

10Mənbələr