AZ

Meliorasiya və irriqasiya sistemlərinin kadastrının aparılması qaydası təsdiqlənib

Meliorasiya və irriqasiya sistemlərinin kadastrının aparılması qaydası təsdiqlənib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Meliorasiya və irriqasiya sistemlərinin kadastrı meliorasiya və irriqasiya sistemlərinin yerləşmə, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, ilkin və yenilənən məlumatların qeydə alınmasıdır. Meliorasiya sistemləri meliorasiya olunmuş torpaqlarda su, duz, hava, istilik və qida rejimini tənzimləmək üçün istifadə olunan qarşılıqlı əlaqəli hidrotexniki və digər qurğular və tikililər kompleksi (meliorasiya olunmuş torpaqlarda yerləşən kanallar, kollektorlar, boru kəmərləri, su anbarları, bəndlər, nasos stansiyaları, sugötürücülər və digər qurğular, tikililər), habelə qoruyucu meşə əkinləridir. İrriqasiya (suvarma) sistemləri suların su obyektlərindən götürülməsini, nəql edilməsini, paylanmasını və bitkilərin suvarılmasını təmin edən hidrotexniki və digər qurğular, tikililər kompleksi, habelə qoruyucu meşə əkinləridir.

Qaydaya əsasən, meliorasiya və irriqasiya sistemlərinin kadastrına aşağıdakı məlumatlar daxil edilir:

- meliorasiya və irriqasiya sistemlərinin mülkiyyətçisi (balanssaxlayıcısı) olan hüquqi şəxsin (idarənin, təşkilatın) adı, hüquqi ünvanı və fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi;

- meliorasiya və irriqasiya sistemlərinin təyinatından və istifadə rejimindən asılı olaraq adı və növü;

- meliorasiya və irriqasiya sistemlərinin texniki göstəriciləri;

- meliorasiya və irriqasiya sistemlərinin üzərindəki qurğuların adı və növü;

- meliorasiya və irriqasiya sistemlərinin yerləşdiyi ərazi vahidinin adı, xidmət etdiyi ərazi və onların iqtisadi qiymətlən- dirilməsini əhatə edən digər məlumatlar;

- meliorasiya və irriqasiya sistemlərinin texniki vəziyyəti və balans dəyəri;

- meliorasiya və irriqasiya sistemlərinin aşınma dəyəri;

- meliorasiya və irriqasiya sistemləri kadastrının məlumat bazasında toplanmış informasiyaya uyğun olaraq rəqəmsal xəritələr, planlar və sxemlər.

Meliorasiya və irriqasiya sistemlərinin kadastrı aşağıdakı məqsədlər üçün aparılır:

- meliorasiya və irriqasiya sistemləri və onlara aid olan hidrotexniki və digər qurğular, tikililər kompleksləri üzərində dövri və ardıcıl müşahidələr aparmaqla istismar müddətində baş vermiş dəyişikliklərin müəyyən edilməsi;

- meliorasiya və irriqasiya sistemlərinin kəmiyyət və keyfiyyət göstəriciləri, növü, yerləşdiyi ərazi və onlar barədə digər məlumatların toplanması ilə qeydiyyata alınması;

- meliorasiya və irriqasiya sistemlərinin səmərəli idarə edilməsinə və mühafizəsinə nail olunması;

- meliorasiya və irriqasiya sistemlərinin mövcud vəziyyəti haqqında ətraflı məlumat əldə etmək imkanının yaradılması.

- Meliorasiya və irriqasiya sistemlərinin kadastrı elektron formada və Azərbaycan Respublikasının dövlət dilində aparılır.

Meliorasiya və irriqasiya sistemlərinin kadastr məlumatla rından həmin sistemlərin istismarının yaxşılaşdırılması ilə bağlı təkliflərin, sahənin perspektiv inkişafı proqramlarının hazırlanmasında, onların təmir-bərpası və yenidən qurulması tədbirlərinin müəyyənləşdirilməsində istifadə edilir.

Meliorasiya və irriqasiya sistemlərinin kadastrı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
7
apa.az

8Mənbələr