AZ

Bakıda binada lift qırıldı - Xəsarət alanlar var/Yeni

Bakıda yaşayış binasında liftin qırılması nəticəsində yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Teleqraf.com xəbər verir ki, xəsarət alanlardan ikisi uşaqdır.

Xəstəxanaya yerləşdirilən yeddi nəfərdən altısı ilkin tibbi yardımdan sonra evə buraxılıb.

***

Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən hündürmərtəbəli binada liftin qırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112-i qaynar xəttinə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal hadisə yerinə nazirliyinin xilasediciləri cəlb olunub:

"Nazirliyinin xilasediciləri hadisə yerinə çatanadək məlumatla xilasedicilərə ehtiyac olmadığı bildirilib".

***

Bakıda metronun “Həsi Aslanov” stansiyasının yaxınlığında yerləşən “Şərur MTK”ya məxsus yaşayış kompleksində liftdə qəza baş verib.

Teleqraf.com xəbər verir ki, trosun (buraz) qırılması nəticəsində liftdə olan 7 nəfər xəsarət alıb.

Əraziyə təcili və təxirəsalınmaz tibbi yardım briqadası çağırılıb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
8
teleqraf.com

10Mənbələr