AZ

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirir

Kanada Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin rəhbəri Anton Əlixanova və Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinaya qarşı sanksiya tətbiq edib.   Manset.az APA-ya istinadən xəbər verir ki, sanksiyaların tətbiq olunduğu qurum və şəxslərin siyahısına həmçinin sovet xokkeyçisi Vladislav Tretyakı, bir sıra Rusiya KİV-ləri, o cümlədən “Rossiyskaya qazeta” və “Pobeda” aviaşirkəti də əlavə edilib. Bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Sanksiyaların Ukraynadakı vəziyyətlə bağlı olduğu bildirilir.

Seçilən
97
5
manset.az

10Mənbələr