AZ

“V-22 Osprey” hərbi təyyarəsi bu tarixə qədər istifadə olunmayacaq

ABŞ-nin “V-22 Osprey” tipli hərbi nəqliyyat təyyarələri ən azı 2025-ci ilə qədər havaya qalxmayacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Hava Sistemləri Komandanlığı məlumat yayıb.

Bildirilib ki, təyyarələrin təhlükəsizliyini və performansını qiymətləndirmək üçün ən az 6-9 ay vaxt lazımdır:

“Bu müddət ərzində təyyarədən istifadə oluna bilməz. V-22 Osprey-lərin istifadəyə verildiyi 2007-ci ildən bəri baş verən qəzalarda 64 ABŞ hərbçisi həyatını itirib, 93 personal isə yaralanıb. Ona görə də, bütün təhlükəsizlik normaları qaydasına salınmalıdır”.

Aysu
Demokrat.az
Seçilən
108
demokrat.az

1Mənbələr