AZ

Cənubi Afrikanın şərqində fırtına 7 mindən çox evə ziyan vurub

İyunun ilk günlərində Cənubi Afrika Respublikasında baş verən fırtınanın ölkənin şərqindəki Kvazulu Natal əyalətində 7 mindən çox evə zərər verdiyi və 70 milyon dollardan çox maddi ziyana səbəb olduğu bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Fırtınada yolların, körpülərin, bələdiyyə binalarının, elektrik infrastrukturunun və məktəblərin ciddi şəkildə zədələndiyini qeyd edilib. 

Xatırladaq ki, Cənubi Afrika Respublikasının şərq və cənub sahillərini vuran qasırğada Kvazulu-Natal əyalətində 12, Şərqi Keyp əyalətində 10 olmaqla ümumilikdə 22 nəfər həlak olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
operativmm.az

2Mənbələr