AZ

ABŞ Ukraynanı hava hücumlarından qoruyacaq - Bayden

ABŞ hava hücumundan müdafiə sistemlərini əvvəlcə Ukraynaya, sonra isə digər tərəfdaşlarına çatdırmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

"Bizdən hava hücumundan müdafiə sistemlərini tədarük etməyimizi gözləyən ölkələrə bildirdik ki, onlar gözləməli olacaqlar. Əlimizdə olan hər şey Ukraynaya göndəriləcək və yalnız bundan sonra digər müştərilər qarşısında öhdəliklərimizi yerinə yetirəcəyik", - deyə C.Bayden İtaliyada mətbuat konfransı zamanı qeyd edib.

ABŞ prezidenti həmçinin bildirib ki, hazırda ABŞ-ın beş tərəfdaşı “Patriot” hava hücumundan müdafiə sistemləri və digər hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməyə söz verib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
teleqraf.com

2Mənbələr