AZ

Diş çıxaran dərman hazırlandı: Bu tarixdə bazara çıxacaq!

Yapon tədqiqatçıları tərəfindən hazırlanmış diş çıxaran dərmanın bazara çıxarılacağı tarix açıqlanıb.

Sağlamolun.az xəbər verir ki, Osakadakı Kitano Xəstəxanasının Tibbi Tədqiqat İnstitutundan Katsu Takahashi və komandası tərəfindən hazırlanmış dərmanın 2030-cu ildə insanlar üçün əlçatan olması planlaşdırılır.
Takahashi və komandasının verdiyi açıqlamada, dərmanın insanlar üzərində sınaqlarının sentyabrda başlayacağı bildirilib.

Vurğulanıb ki, analizlər problemsiz keçərsə, dərman ilkin olaraq yalnız anadangəlmə diş çatışmazlığından əziyyət çəkən xəstələrə veriləcək.

Belə ki, bəzi insanlar dişlərinin bir hissəsini itirərək doğulur. Bu diş çatışmazlığı çənə inkişafına və yemək vərdişlərinə mənfi təsir göstərir.

Açıqlamada, sentyabr ayında başlayacaq dərman testlərinin 2025-ci ilin avqust ayına qədər davam etməsinin gözlənildiyi bildirilib.


Bu təcrübələrdə ən azı arxa dişlərindən biri əskik olan 30-64 yaşlı 30 kişi iştirak edəcək. İntravenöz olaraq tətbiq edilən dərmanın dişlərin inkişafına necə töhfə verəcəyi müşahidə ediləcək.

Heyvan tədqiqatlarında bu günə qədər heç bir əhəmiyyətli yan təsir aşkar edilməmişdir.

Tədqiqatçılar böyüklər üzərində aparılan təcrübələrdən sonra dərmanı dörd və ya daha çox dişi əmələ gəlməmiş 2-7 yaşlı uşaqlarda sınaqdan keçirəcəklər.

Qeyd edək ki, 2023-cü ildə hazırlanmış dərman, sümük inkişafına imkan verən zülalları bloklayan USAG-1 molekuluna təsir edərək işləyir. Müvafiq olaraq, dərman bu molekulun təsirlərini boğaraq dişlərin əmələ gəlməsini mümkün edir. Siçanlar və beagle itləri üzərində aparılan araşdırmalarda elm adamları dərman sayəsində dişlərin yenidən inkişaf etdiyini müşahidə ediblər.

Saglamolun.Az





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
9
saglamolun.az

10Mənbələr