AZ

Türkiyənin Azərbaycana sement məhsulları ixracı 21,4 milyon dollar təşkil edib

2024-cü ilin yanvar-may aylarında Türkiyənin Azərbaycana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz azalaraq, 21,4 milyon dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata görə, bu ilin may ayında Türkiyə Azərbaycana 5,3 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 36,2 faiz çoxdur.

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,4 faiz azalaraq, 1,1 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 390 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 11,1 faiz azdır.

Son 12 ay ərzində (mart 2023 – mart 2024) Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
30
fins.az

10Mənbələr