AZ

KEMANKEŞ-2 qanadlı raketi sınaq prosesini uğurla davam edir-Baykar

Bakı. TurkicWorld:

Bu barədə TurkicWorld-ə “Baykar” şirkətinin ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. Bildirilib ki, KEMANKEŞ 1-dən sonra KEMANKE 2 – də sınaqlardan uğurla keçir.

“Test cədvəli çərçivəsində həyata keçirilən ikinci sistem yoxlama testi də uğurla başa çatıb. Təxminən bir saat havada qala bilən mini smart qanadlı raket, reaktiv mühərriki sayəsində sürətlə səyahət edə biləcək və düşmən xəttinin arxasındakı ən riskli hədəfləri məhv edə biləcək. 200+ kilometr uçuş məsafəsi olan KEMANKEŞ 2, süni intellektlə dəstəklənən optik bələdçilik sistemi sayəsində hədəfini tanıyacaq və çətin hava şəraitində belə onu tam dəqiqliklə məhv etmək qabiliyyətinə sahib olacaq”, – deyə “Baykar”dan bildirilib.

Qeyd edək ki, “Baykar” tərəfindən strateji hədəflərə qarşı istifadə edilməsi üçün milli və yerli olaraq hazırlanmış mini smart qanadlı raketin ilk versiyası olan KEMANKEŞ 1 ilk dəfə 27 aprel-1 may tarixləri arasında Atatürk Hava Limanında keçirilən TEKNOFEST 2023-də ictimaiyyətə nümayiş etdirilmişdi. 14 iyun 2023-cü ildə Bayraktar TB2 PUA-dan atış edərək ilk atış sınağını müvəffəqiyyətlə tamamlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
2
turkic.world

3Mənbələr