AZ

Sürücüləri çaş-baş salan lövhə: "Elə bildim ki, işıqfordur, işləmir"

Masazır- Saray-Novxanı yolunda avtomobillərin sürətini göstərən yeni elektron lövhə quraşdırılıb.
 
Sözügedən yolda sürət həddi 90 km/saatdır. Bu hədd keçildiyi təqdirdə lövhədə qırmızı işıq yanır və bununla da sürücülərə sürət həddini azaltmaq barədə xəbərdarlıq edilir.
 
Baku TV-nin sorğusu əsasında məlum olub ki, bu yoldan istifadə edən sürücülərin bəziləri lövhənin nə işə yaradığından xəbərdar deyil.
 
"Bu lövhəni ilk dəfədir görürəm. Sürət həddini ölçür, amma nə işə yaradığını bilmirəm. Elə bildim ki, işıqfordur, işləmir", - deyə sürücülər bildiriblər.
 
Daha ətraflı videomaterialda:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
moderator.az

2Mənbələr