AZ

Teymur Musayev Cəmil İskəndərovu vəzifəyə təyin etdi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına (TCK) yeni direktor və baş həkim təyinatı olub.

Bu barədə "Ölkə.az"a universitetdən məlumat verilib.

Qeyd olunub ki, səhiyyə naziri Teymur Musayevin əmrinə əsasən, klinikanın direktoru vəzifəsinə III cərrahi xəstəliklər kafedrasının dosenti Əsədulla Sultanov, baş həkim vəzifəsinə isə Neyrocərrahiyyə kafedrasının dosenti, TCK-nın Neyrocərrahiyyə şöbəsinin müdiri Cəmil İskəndərov təyin edilib.

Yeni direktoru ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.

Xatırladaq ki, bundan əvvəl klinikanın direktoru vəzifəsini Cavid Paşayev icra edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
16
olke.az

10Mənbələr