AZ

Azərbaycan millisinə rəhbərlik etmiş yerli və əcnəbi baş məşqçilər - SİYAHI  

Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi məlum olub. AFFA portuqaliyalı mütəxəssis Fernandu Santuşla 3+1 illik müqavilə imzalayıb.

Bununla da o, Azərbaycan milli komandasına rəhbərlik edəcək 7-ci əcnəbi məşqçi kimi idman tariximizə düşüb.

Belə ki, daha əvvəllər milli komandamıza braziliyalı Karlos Alberto Torres, makedoniyalı Goko Haciyevski, almaniyalı Berti Foqts, xorvatiyalılar Robert Prosineçki və Nikola Yurçeviç, italiyalı Cianni De Byazi rəhbərlik edib.

Bəs ümumiyyətlə, Azərbaycanın milli fitbol komandasının indiyəqədərki baş məşqçiləri kimlər olub?
 

Modern.az saytı AFFA-nın rəsmi müqavilə bağlıdığı baş məşqçilərin siyahısını təqdim edir:

Ələkbər Məmmədov – 1992-1993-ci illər;

Ağasəlim Mircavadov - 1994 -1995-ci illər;

Kazbek Tuayev – 1995-1996-cı illər;

Vaqif Sadıqov – 1997-1999 - cu illər;

Əhməd Ələsgərov – 1999-2000-ci illər;

İqor Ponomaryov – 2000-2001-ci illər;

Əsgər Abdullayev – 2002-2004-cü illər;

Karlos Alberto Torres – 2004-2005-ci illər;

Şahin Diniyev - 2005–2007-ci illər;

Goko Haciyevski - 2007–2008-ci illər;

Nazim Süleymanov – 2008-ci il.    

Berti Foqts - 2008–2014-cü illər;

Mahmud Qurbanov – 2014-cü il;

Robert Prosineçki - 2014–2017-ci illər;

Qurban Qurbanov - 2017–2018-ci illər; 

Nikola Yurçeviç - 2019–2020-ci illər;

Cianni De Byazi - 2020–2023-cü illər;
Arif Əsədov – 2023-2024-cü illər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
modern.az

3Mənbələr