Təcrübəli belçikalı yarımmüdafiəçi Aksel Vitsel “Atletiko Madrid” klubu ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında 2025-ci ilin ortalarına qədər nəzərdə tutulan yeni anlaşma imzalanıb.
Aksel 2022-ci ilin yayından Madrid komandasının rənglərini qoruyur. Ötən mövsüm yarımmüdafiəçi "Atletiko"nun heyətində 51 oyun keçirib və 2 qol vurub.
Xatırladaq ki, İspaniya çempionatının son mövsümündə Dieqo Simeonenin komandası 76 xal toplayaraq 4-cü yeri tutub.
Mirağa