AZ

Ayan Allahverdiyeva dünya çempionatında bürünc medal qazanıb

Hindistanın Qandinaqar şəhərində təşkil edilən şahmat üzrə gənclər arasında dünya çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, ötən il 18 yaşlılar arasında dünya çempionatının qızıl medalını qazanan Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva mötəbər yarışda da mükafata layiq görülüb.

11 turdan sonra 8,5 xal toplayan həmyerlimiz dünya çempionatında bürünc medal əldə edib.

Digər şahmatçılarımız Nərmin Abdinova və Səbinə Rzalı mükafatçılar sırasına düşə bilməyiblər.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
4
idman.biz

10Mənbələr