AZ

Messi QƏRARINI VERDİ: "Argentina millisinin heyətində..."

Lionel Messi Paris-2024 Yay Olimpiya Oyunlarında Argentina millisinin heyətində olmayacaq.

 

Sfera.az xəbər verir ki, bunu 36 yaşlı futbolçunun özü açıqlayıb.

 

Messi deyib ki, yaşı ona ardıcıl 2 turnirdə iştirak etməyə imkan vermir:l

 

“Millinin baş məşqçisi Xavyer Maskerano ilə danışdım. Amerika Kubokunda mübarizə aparırıq və Olimpiada haqqında düşünmək çətindir. Hər 2 yarışda iştirak etsəm, klubumdan 2-3 ay ayrı düşəcəm. Ardıcıl 2 turnirdə oynamaq yaşında da deyiləm. Bu səbəbdən də seçimimi etmişəm. Olimpiadada oynamaq və qalib olmaq mənə nəsib olub. Bu, futbol səviyyəsində gözəl təcrübə idi”.

 

Qeyd edək ki, Paris-2024 iyulun 26-dan avqustun 11-nə kimi keçiriləcək.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
sfera.az

2Mənbələr