AZ

Erməni spiker Xocalı qatilini parlamentdən qovdu – VİDEO

Ermənistan parlamentinin spikeri Alen Simonyan müxalifətdəki "Ermənistan" fraksiyasının rəhbəri, Ermənistan Respublikasının keçmiş müdafiə naziri, Xocalı qatili Seyran Ohanyanı tribunadan qovub.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Belə ki, Ermənistan parlamentində müxalifət fraksiyasının deputatları spiker Alen Simonyanı deputat avtomobillərinin parlamentə girişinə məhdudiyyət qoymaqda ittiham edib. Seyran Ohanyan parlamenti tribunasına qalxaraq Alen Simonyanı “yalan danışmaqda” ittiham edib.

Erməni spiker isə Ohanyanın özünün yalan danışdığını bildirib və onu parlamentin tribunasından qovub.
 


Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
12
bizim.media

8Mənbələr