AZ

Rusiya Qarabağda konsulluq açır? – “Xankəndi “boz zona” deyil” – Sərt reaksiya

Moskva və Bakı Rusiyanın Azərbaycanda Baş konsulluqlarının yaradılmasını müzakirə edir. Bunu Rusiya-Azərbaycan sessiyasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyası bu məsələdə uğura ümid edir. Qeyd edək ki, Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin də bir müddət öncə ölkəsinin Azərbaycanın Xankəndi şəhərində konsulluq açmaq niyyətində olduğunu açıqlayıb.

Politoloq Turab Rzayev Busaat.az-a açıqlamasında deyib ki, hamını düşündürən əsas məsələ odur ki, Rusiya hansı əsaslarla Qarabağda baş konsulluğunun olmasını istəyir.

Ekspert vurğulayıb ki, Rusiyanın Xankəndidə konsulluq açmasına ehtiyac yoxdur:

“Rusiyanın konsulu nəyə xidmət edəcək? Qarabağda rus əhali, rus şirkətləri, rus ordusu yoxdur. Ancaq Rusiyanın Qarabağda konsuluq açmaqla bağlı təklifi siyasi şərtdirsə, ölkələrarası müqavilələrdə tənzimlənən məsələdirsə, bunun bizim üçün dəhşətli nəticələr doğuracağını düşünmürəm. Çünki Azərbaycan dövləti faktiki olaraq Qarabağda “boz zonanı” ləğv edib, separatizmin məhv edib. Orada hansısa rejim qalmayıb. Əgər əvvəlki vəziyyət olsaydı, yəni Qarabağda erməni separatizmi qalmış olsaydı, o halda Rusiyanın konsulluğu Azərbaycan əleyhinə təxribatlara əl ata bilərdi. Amma indiki halda Moskvanın əlində belə bir imkan yoxdur”.

Həmsöhbətimiz düşünür ki, konsulluq məsələsini gündəmə gətirən qüvvələrin məqsədi Rusiya-Azərbaycan münasibətlərini korlamaqdır:

“Fikir verirsizsə, bunu gündəmə gətirən şəxslər daha çox ermənipərəst kimi tanınırlar. Zatulin, Karasin adətən İrəvanın mövqeyindən çıxış edirlər. Ona görə də Azərbaycan ictimaiyyəti o cür şəxslərin təkliflərinə sərt reaksiya verirlər. Əgər Rusiya israrla konsulluq açmaq istəyirsə, Azərbaycan bunun üçün daha münasib bölgə təklif edə bilər. Göründüyü kimi ölkə ictimaiyəti Xankəndidə heç bir ölkənin konsulluğunun olmasını xoş qarşılamır. Mən də bunun əleyhinəyəm. Çünki Xankəndi artıq “boz zona” məkanı deyil”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
4
busaat.az

7Mənbələr