AZ

Daşkənddə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb

Bakı. Trend:

Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləriçərçivəsində Özbəkistan Təsviri Sənət Qalereyasında “Azərbaycanınsənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışıolub.

Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumatverilib.

Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli,özbəkistanlı həmkarı Ozodbek Nazarbekov, iki ölkənin tanınmışmədəniyyət, incəsənət və elm xadimləri və qardaş ölkəninictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərginin birinci hissəsi Azərbaycan Milli İncəsənət Muzeyindəqorunan peşəkar Azərbaycan qrafikasının banisi Əzim Əzimzadənin XXəsrin əvvəllərində yaratdığı əsərlərini əhatə edir. Qrafikəsərlərin bədii interpretasiyaları muzey fondunun unikaleksponatları əsasında işlənib.

Həmçinin son 20 il ərzində toplanan şəxsi kolleksiyadan 27 ədədXVIII-XX əsrlərə aid kəlağayı təqdim edilib, “Azərxalça” ASC-ninxalçaları nümayiş olunub.

Qalereyanın ikinci mərtəbəsinin foyesində qurama, zərgərlik,misgərlik, şəbəkə üzrə əl işləri sərgilənib. Sənətkarlar əlişlərinin hazırlanması prosesini əyani şəkildə nümayişetdiriblər.

Ənənələrin yaşaması ideyası həmin məkanda təqdim olunan “Adişəhər” adlı fərdi fotosərgidə də yer alıb.
Daha sonra qonaqlar "ATİDE” və “Anara Zakirli” geyim brendlərininnümayişini izləyiblər.

“ATİDE” 2019-cu ildə təsis edilmiş Azərbaycan brendidir. Brendinmüəllifi istedadlı modelyer Aida Kahvecidir.

Brendin adı “sandıq” mənasını verir ki, bu da təsadüfi deyil.Məqsəd ana və nənələrimizin sandığında qədimdən qalan milligeyimlərimizi müasir moda ilə birləşdirərək Azərbaycanın mədəniirsini yaşatmaq və gələcək nəsillərə ötürməkdir.

Təqdim olunan “Şamaxı” geyim kolleksiyası Azərbaycanın qədimşəhərlərindən olan Şamaxının adını daşıyır.

Azərbaycan brendi “Anara Zakirli” isə 2018-ci ildə təsis edilib.Müəllifi istedadlı modelyer Anara Zakirli olan brendinyaradılmasında məqsəd Azərbaycanın milli xalça ornamentlərinimüasir geyimlərlə sintez edərək moda dünyasına tanıtmaq, Şərqin vəQərbin ahəngində parlayan ölkəmizin mədəniyyətini dəbli geyimlərləhər kəsin diqqət mərkəzinə çəkməkdir.

Təqdim olunan “Zərəfşan” geyim kolleksiyası Azərbaycanın məşhur“Əfşan” xalçasından ilhamlanaraq hazırlanıb. Geyimlərdə Odlar yurduAzərbaycanın al-əlvan rəngli milli ornamentlərini özündə əksetdirən və özəl olaraq hazırlanmış unikal parçalardan istifadəedilib.

Kolleksiyada təqdim olunan hər bir işin arxasında əsrlik tarix,sirli hekayələr, incə əl işi və ucsuz-bucaqsız təxəyyüldayanır.

Azərbaycan xalq mahnılarının müşayiətində təqdim edilən tarixyadigarları, xalça və digər əl işləri ziyarətçilərdə zəngintəəssürat yaradır.

Seçilən
114
3
az.trend.az

10Mənbələr