AZ

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ-ın yeni sanksiyalarına Moskva Birjası, Qoznak, LNG daşıyan Rusiya gəmiləri, “Rusqazdobyça”, “Arctic LNG-1”, “Arctic LNG-3”, “Seliqdar Gold”, Amur Metallurgiya Zavodu daxil edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu TASS xəbər verir.

Ümumilikdə ABŞ Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyi xüsusi hərbi əməliyyatda Rusiyaya yardıma görə 300 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

Dövlət katibi Entoni Blinken bildirib bunu.

O qeyd edib ki, Amerika sanksiyaları Rusiyanın energetika, metallurgiya və mədənçıxarma sektorlarına yardım edənlərə təsir edib.

Çin şirkətləri və Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul da sanksiyalara məruz qalıb.

Xatırladaq ki, Donbass vətəndaşlarının müdafiəsi üçün xüsusi əməliyyat başlayandan sonra ABŞ, Avropa İttifaqı, Yaponiya və bir sıra digər ölkələr Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq ediblər.

Məhdudiyyətlər ticarət, bank, sənaye, hərbi və kosmik əməkdaşlıq, enerji və iqtisadiyyatın digər sahələrinə təsir edib.

Amma Avropa ölkələri bu məhdudiyyətlərdən çox zərər çəkib. Belə ki, orada yanacağın qiyməti kəskin artıb, bəzi mallarda qıtlıq yaranıb.

Hakimiyyət vətəndaşları elektrik enerjisinə qənaət etməyə çağırıb.

ABŞ-da da benzinin rekord qiymətləri qeydə alınıb ki, bu da sürücülərin narazılığına səbəb olub.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
48
sia.az

10Mənbələr