AZ

Regionİrəvandakı aksiyada saxlanılanların sayı 100-ə yaxınlaşır - YENİLƏNİB

Ermənistanın paytaxtı İrəvanın Baqramyan prospektində keçirilən etiraz aksiyası zamanı saxlanılanların sayı 98 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Daxili İşlər Nazirliyi 10 polis əməkdaşının tibbi yardıma müraciət etdiyini bildirib. Səhiyyə Nazirliyinin məlumatında isə deyilir ki, etiraz aksiyası dağıdılandan sonra 55 nəfər həkimə müraciət edib.

Qeyd edək ki, qarşıdurma zamanı polis etirazçıları dağıtmaq üçün səs-küylü qumbaralardan istifadə edib. Öz növbəsində İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili maddəsi ilə cinayət işi başladıb.

21:39

Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyası zamanı 86 vətəndaş saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"İlkin məlumatlara görə, altı polis əməkdaşı yaralanıb və onların hamısı xəstəxanadadır", - idarədən bildirilib.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, İrəvanın Baqramyan prospektində etiraz aksiyası dağıdılandan sonra 55 nəfər həkimə müraciət edib.

"Xəsarətlər əsasən yüngül və orta ağırdır", - nazirlikdən qeyd ediblər. Zərərçəkənlər arasında polis əməkdaşları da var.

Qeyd edək ki, polis iyunun 12-də İrəvanın Baqramyan prospektində etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən səs bombalarından istifadə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
9
far.az

10Mənbələr